Ana səhifə
İlham Məmməd Həsən oğlu Rəhimov 14.01.1951-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, iki övladı dörd nəvəsi var. İlham müəllim, nə vaxtdan bu federasiyaya rəhbərlik edirsiniz?
- Mən 2005-ci ilin aprel ayında bu federasiyanın prezidenti seçilmişəm. Həmin dövrdə federasiyanın adı Azərbaycan Sindo-ryu Federasiyası idi. Bu yaxınlarda isə biz federasiyanın adını dəyişdirərək Azərbaycan Sindo-ryu və Pençak-Silat Federasiyası qoymuşuq. Bu onunla bağlıdır ki, karatenin Pençak-Silat növü dünyada daha çox tanınıb. Qeyd edim ki, bu döyüş növünü Azərbaycana ilk olaraq federasiyanın vitse-prezidenti, yığma komandanın baş məşqçisi Abbas Hümbətov gətirib. Mənə elə gəlir ki, rəhbərlik etdiyim 4 il ərzində bu döyüş növünün inkişafında müəyyən qədər işlər görmüşük. Mən federasiyanın prezidenti seçildiyim gündən bəri idmançılarımız dünya ölkələrində bu döyüş növü üzrə keçirilən bütün yarışlarda iştirak ediblər və əksər yarışlardan da medallarla qayıdıblar.
Bu idman növünün Azərbaycanda inkişaf etdirilməsində bizə yaradılan şəraitə, respublikamızda idmana göstərdiyi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Məhz onun idmana göstərdiyi qayğı nəticəsində Azərbaycan bu sahədə dünya üzrə böyük nəticələr əldə edib və əsl idman ölkəsinə çevrilib. Mən həm də gənclər və idman naziri Azad Rəhimova təşəkkür edirəm. Onun da bu sahədə əvəzolunmaz xidmətləri var.
Son Xəbərlər və Yeniliklər



